Huntelaar 2015-ci ilə qədər “Şalke”də
09.01.2013 - 23:17
“Şalke” hollandiyalı hücumçusu ilə yenidən anlaşıb. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi Klaas-Yan Huntelaarla 2015-ci ilə qədər müqaviləsinin müddətini uzadıb.
Hazırkı müqaviləsinin müddəti 2013-cü ilin yayında başa çatacaq forvard daha iki ildə alman klubunun şərəfini qoruyacaq. Huntelaarı transfer etmək istəyən hər hansı bir komanda isə 15 milyon avrosundan keçmək məcburiyyətində qalacaq. Çünki “Şalke” ilə hollandiyalı futbolçunun yeni bağladığı müqavilənin şərtlərində bunlar qeyd edilib.
Xatırladaq ki, Klaas-Yan Huntelaar 2011-2012 mövsümündə 29 qolla Bundesliqanın bombardiri olmuşdur. Bu il isə o, 27 matçda meydana çıxıb və 13 dəfə rəqib qapılarına yol tapıb.

0
0