"Yuventus" yarımfinalda
10.01.2013 - 02:43
"Yuventus" yarımfinalda
İtaliya kubokunda 1/4 final mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə bir qarşılaşma baş tutub.

İtaliyanın iki nəhəng klubu - "Yuventus"la "Milan" münasibətlərinə aydınlıq gətirib. Turin şəhərində reallaşan oyunda tərəflər ilk hissədə hərəyə bir dəfə fərqləniblər. İkinci yarıda qol vura bilməyən komandalar əlavə vaxta ehtiyac duyublar. Burada isə matçın 95-ci dəqiqəsində Vuçiniçin vurduğu top "Yuventus"u yarımfinala yüksəldib - 2:1.

Qeyd edək ki, İtaliya kubokunun 1/4 final mərhələsinin digər iki oyunu yanvarın 16-17-də keçiriləcək.

İtaliya kuboku

1/4 final oyunları

8 yanvar

"Latsio" - "Kataniya" - 3:0
Radu, 30, Hernanes, 61, 90

9 yanvar

"Yuventus" - "Milan" 2:1
Covinko, 12, Vuçiniç, 95 - Əl Şaaravi, 6

16 yanvar

"İnter" - "Boloniya"

17 yanvar

"Fiorentina" - "Roma"