Tuqay Kərimoğlu Türkiyə milli komandasında çalışacaq
10.01.2013 - 04:29
Tuqay Kərimoğlu Türkiyə milli komandasında çalışacaq
Türkiyə Futbol Federasiyası “Qalatasaray”ın sabiq futbolçusu Tuqay Kərimoğlunu yeni vəzifəyə təyin edib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın veteran yarımmüdafiəçisi sözügedən ölkənin U-20 milli komandasında işləyəcək.

Tuqay gənclər yığmasında 20 yaşlıların ümumi kordinatoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, Tuqay Kərimoğlu 1987-1999-cı illərdə “Cim-Bom”un heyətində çıxış edib. O, 2010-2011 mövsümündə “Qalatasaray”ı çalışdıran Georgi Hacinin köməkçi məşqçisi vəzifəsində işləyib. Kərimoğlu futbolçu karyerasına isə 2009-cu ildə “Blekbörn”in heyətində başa vurub.