“Çelsi” belçikalı futbolçunu transfer etdi
10.01.2013 - 07:12
“Çelsi” “Everton”un yarımmüdafiəçi Maruan Fellaini ilə anlaşıb. Apasport.az saytının ingilis mətbuatına istinad məlumatına görə, London klubu ilə belçikalı futbolçu arasında 5 illik müqavilə imzalanacağı nəzərdə tutulub.
Bunun qarşılığında isə “zadəganlar” “Everton”a 22 milyon funt-sterlinq təzminat haqqı ödəyəcək. Futbolçu isə yeni klubunda ildə 4 milyon funt-sterlinq məvacib alacaq. Transferin rəsmiləşməsi isə həftənin sonuna gözlənilir.
Qeyd edək ki, Maruan Fellaini 2008-ci ildən “Everton”un heyətində çıxış edir. O, 123 oyunda meydana çıxıb və 29 dəfə rəqib qapılarından top keçirib.

0
0