“Biz Ronaldonun keçidi üçün “Real”la danışıqlar aparmamışıq”
10.01.2013 - 07:54
PSJ-nin idman direktoru Leonardo son günlər Paris klubuna keçəcəyi gündəmə gələn Kriştiano Ronaldo haqda açıqlama verib. Apasport.az saytının məlumatına görə, sabiq “Milan”ın baş məşqçisi bu xəbərləri təkzib edib.
O, PSJ-nin portuqaliyalı futbolçusu üçün “Real” rəhbərliyinə heç bir təklif göndərmədiyini vurğulayıb. Yalnız Leonardo Ronaldonun “Kral klubu”nu tərk etdikdən sonra onu Paris təmsilçisinin heyətinə qata biləcəklərini bildirib:
“Ronaldo çox istedadlı futbolçudur. Onu hər bir klub transfer etmək istəyər. Lakin onun Madrid klubu ilə hələ müqaviləsi var. Biz Ronaldonun keçidi üçün “Real”la danışıqlar aparmamışıq. Amma portuqaliyalı ulduzu komandamızda görmək heç də pis olmazdı. Məlumdur ki, onun transferinə gücü çata biləcək 4-5 komanda var. Onlardan da biri PSJ-dir”.
Qeyd edək ki, daha öncə Fransa mətbuatı mövsümün sonunda Ronaldo və Joze Mourinonun PSJ-ə keçəcəyini bildirmişdir.

0
0