Antalyada ilk Azərbaycan klubu
10.01.2013 - 09:30
Antalyada ilk Azərbaycan klubu
Ağdamın “Qarabağ” klubu qış fasiləsində təlim-məşq toplanışı keçirəcəyi Antalyaya çatıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2013-cü ildə ilk dəfə toplaşan komanda birbaşa Türkiyəyə yollandı.

“Qarabağ” dünən 14:30-da Bakı – İstanbul – Antalya reysiylə hərəkət etməli idi. Amma İstanbuldakı hava şəraiti ilə əlaqədar olaraq 1-ci reys 1 saat gecikmə ilə reallaşıb. İstanbulda isə “Qarabağ”in legionerləri Miro Varvodiç, Ansi Aqolli, Admir Teli, Muarem Muarem komandaya qoşulublar. Antalyaya 19:15-də çatan ağdamlılar 1 saat sonra təlim-məşq toplanışı müddətində qərarlaşacağı “İC Santai” otelinə çatıb.

Qeyd edək ki, “Qarabağ” bu gün yeni ildə ilk məşqinə çıxacaq.