Daha 5 futbolçu “Kəpəz”dən ayrıldı
10.01.2013 - 09:37
Daha 5 futbolçu “Kəpəz”dən ayrıldı
“Kəpəz”in sıralarını legionerlərlə yanaşı, yerli futbolçulardan da tərk edən olub. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi 5 oyunçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləni pozub.

Belə ki, Pərvin Paşayev, Şahin Kərimov, Atin Abdullayev, Təbriz Hüseynli və Fərid Həşimzadə daha heyətdə yer almayacaq. O cümlədən komandada icarə əsasında çıxış etmiş Emin İmaməliyev və Bəxtiyar Soltanovun da müqaviləsi başa çatıb. Hər iki yarımmüdafiəçi “Qarabağ”dan icarəyə götürülmüşdü.

Qeyd edək ki, “Kəpəz” bundan öncə legionerlərinin – xorvatiyalı İvan Radoş, makedoniyalı Buyamin Asani, ukraynalı Yuri Fomenko, eləcə də əvəzedici komandanın kamerunlu qapıçısı Arsen Ondobo ilə yolları ayırmışdı.