Bəxtiyar Soltanov rəsmən “Simurq”da
10.01.2013 - 09:45
Bəxtiyar Soltanov rəsmən “Simurq”da
“Qarabağ” futbolçusu Bəxtiyar Soltanovu yenidən icarəyə verib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu 23 yaşlı hücumçunu bu dəfə digər əyalət təmsilçisi – “Simurq”a icarəyə verdiyini rəsmən açıqlayıb. Soltanov cari mövsümün sonuna kimi Zaqatala klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Qarabağ” Bəxtiyarı ötən yay Gəncənin “Kəpəz” klubuna 6 aylıq icarəyə vermişdi.