“Austriya”nın futbolçusu Azərbaycan çempionatını bəyənmədi
10.01.2013 - 10:59
“Austriya”nın futbolçusu Azərbaycan çempionatını bəyənmədi
Avstriya millisinin futbolçusu Roland Lints Azərbaycanda ilkə atmağa yaxın olub. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu Premyer Liqamızda çıxış edən ilk avstriyalı kimi tarixə düşmək istəməyib.

Yığmada keçirdiyi 39 oyunda 8 qol vuran Roland bu günlərdə son 2,5 ili şərəfini qoruduğu Vyana “Austriya”sından ayrılıb, Azərbaycan klubuna keçmək variantı üzərində düşünüb. Qış fasiləsində klubunu dəyişməyə qərar verən futbolçu sonda Asiyaya üstünlük verib: “Artıq qərarımı vermişəm. Tailandın son çempionu “Muanqtanq”a keçirəm. Bu klubla Asiya Çempionlar Liqasında oynayacağam. Düzdür, Avropanın 2 ölkəsindən – Azərbaycan və Ukraynadan da təklif almışdım. Lakin Tailandı seçdim”.

Qeyd edək ki, karyerasını “Leoben”də başlayan Lints vətənində “Şturm”, “Austriya”, “Admira”nın şərəfini qoruyub.

Legioner kimi İsveçrədə “Qrasshoppers”, Portuqaliyada “Braqa” və “Boavişta”, Fransada “Nitsa”, Türkiyədə “Qaziantepspor”, Almaniyada “Münhen-1860”da çıxış edib. DÇ-2006-nın hər 2, Avro-2012-nin 1 matçında Azərbaycan milli komandasına qarşı oynayıb.