Futbolçumuz Rusiyada bombardirlər arasında
10.01.2013 - 12:15
Futbolçumuz Rusiyada bombardirlər arasında
Sankt-Peterburqda Valentin Qranatkinin xatirə turnirində bombardirlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 5 oyun günündən sonra ən məhsuldar futbolçular arasında Azərbaycan yığmasının (U-19) üzvü də var.

Bu, bir müddət əvvəl Portuqaliyanın “Porto” klubuna baxışa yollanıb, lazım olmadığı üçün geri qaytarılan Orxan Əliyevdir. “Sumqayıt”ın 17 yaşlı hücumçusu daha 6 oyunçu kimi 2 qol vuraraq bombardirlər siyahısında 3-9-cu yerləri bölüşür. Siyahıya isə hərəyə 3 dəfə fərqlənən iranlı Səid Ezatolahi və ukraynalı Artyom Qabelok başçılıq edirlər.