“İnter” “Krılya Sovetov”la qarşılaşa bilər
10.01.2013 - 12:20
“Hələlik Yuri Fomenkodan başqa, heç kimi transfer etməmişik. Komandadan göndəriləcək futbolçuların olmayacağını da deyə bilərəm. Böyük ehtimalla, bizdən icarəyə futbolçu getməyəcək”. Bunu apasport.az saytına açıqlamasında “İnter” klubunun baş direktor müavini Səbuhi Səfiyarlı deyib.
Əslində, qış fasiləsinin lideri olan komandanın heyətində dəyişikliyin az olmasının səbəbini anlamaq çətin deyil. Baş məşqçi Kaxaber Sxadadzeni qayğılandıran əsas məsələ hücum xətti idi ki, artıq “Kəpəz”dən ayrılmış Yuri Fomenko ilə mövsümün sonuna kimi anlaşılması bu problemin aradan qalxmasını düşünməyə əsas verir.
Sabah Antalyaya yola düşəcək “İnter”in 6 yoxlama oyunu keçirəcəyi dəqiqdir. Ancaq bunlardan 5-nin adına aydınlıq gəlib. Səfiyarlı sonuncu rəqibin Rusiya Premyer Liqası təmsilçisi ola biləcəyini istisna etmir: “Fevralın 3-də Hacı Hacıyevin yeni təyin olunduğu “Krılya Sovetov”la qarşılaşmaq istəyirik. Ancaq hələ bu matçın keçiriləcəyi dəqiqləşməyib. Yanvarın 30-dakı rəqibimizin adı da bilinmir. Düzdür, Donetsk “Metallurq”u ilə qarşılaşacağımızı demişdik. Ancaq son 2 rəqiblərimizin adına Türkiyədə olarkən aydınlıq gələcək”.
Qeyd edək ki, “İnter” yanvarın 17-də “Aalen”, 18-də “Amkar”, 22-də “İnqolştadt” və 25-də Zaporojye “Metallurq”u ilə qarşılaşacaq.
Səbuhi TOFİQOĞLU

0
0