Ramin Musayev: Hamısının borcu qalıb
10.01.2013 - 12:48
“Klubların 2012-ci ildən Peşəkar Futbol Liqasına borcları qalıb. Həmin borclar çempionatın davam etdiriləcəyi tarixə qədər ödənilməlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
PFL başçısı bildirib ki, Topaz Premyer Liqasında mübarizə aparan komandalar üzvlük haqqı və cərimələrə görə borclu olduqları pulların hamısını ödəməyiblər: “Hamısının borcu qalıb. Yalnız 2 klub istisnadır. “Neftçi” və “Qarabağ”dan başqa, digər klublar başa çatan ilin borcunu ödəməyib. Ümumilikdə isə xeyli borc qalıb”.
Stadionunda təmir işləri aparılacaq “Kəpəz”in çempionatın ikinci hissəsində ev oyunlarını harada keçirəcəyi də sual altındadır. Gəncə təmsilçisi rəqiblərini “Dalğa-Arena”da qəbul etmək istəsə də, azarkeşləri bunun əleyhinədir. Musayev bu məsələnin hələ həll olunmadığını qeyd edib: “Bu məsələ dəqiqləşməyib. Oyunların başlamasına qədər müəyyənləşər. Düşünürəm ki, ilin ilk qarşılaşmalarına ən azı 1 həftə qalmış “Kəpəz”in harada oynayacağı dəqiqləşəcək”.
Ötən mövsüm I divizionda ilk 2 yeri tutan komanda lisenziyalaşdırmadan keçə bilmədiyi üçün Premyer Liqaya buraxılmadı. Əvvəllər də rast gəlinən bu halın yenidən təkrarlanıb-təkrarlanmayacağını isə Musayev də bilmir: “Bu məsələ ilə maraqlanmıram. Qoy, klublar öz işləri ilə məşğul olsunlar. Bu, onların işidir”.

0
0