Yaponiya yığması Bakıya gələcək
10.01.2013 - 13:06
Yaponiya yığması Bakıya gələcək
Bu il may-iyun aylarında Bakıda AFFA-nın təşkilatçılığı ilə keçiriləcək 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında III Caspian Cup beynəlxalq turnirinin iştirakçılarından biri məlum olub. Apasport.az saytının məlumatına görə, Yaponiya yığması ardıcıl 2-ci dəfə ölkəmizə gələcək.

Turnirdə iştirakla bağlı Yaponiya Futbol Assosiasiyasından AFFA-ya təsdiq məktubu göndərilib. II Caspian Cup turnirində də iştirak edən Asiya təmsilçisi turnirin səviyyəsindən və təşkilati işlərdən razı qaldığına görə bu il də turnirdə iştirak etmək barədə qərar qəbul edib.

Mənbə: affa.az