Azərbaycan millisində yeni qapıçı
10.01.2013 - 13:08
Azərbaycan millisində yeni qapıçı
Yanvarın 22-dən fevralın 2-dək Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplanışı keçirəcək futzal üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 15 nəfərlik siyahıda yeni sima da yer alıb.

Bu, “Araz”ın braziliyalı qapıçısı Laersio Buranellodur. Milliləşən legioner ilk dəfə yığmaya çağırılaraq, ölkə xaricində toplanışa yollanacaq: Marat Salyanski, Buranello Laercio, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Ribeyro Felipe, Dantas Jadder, Maşado Santos, İlkin Hacıyev, Fərid Atakişiyev, Seymur Məmmədov, Tural Qurbanov, Əskər Abbasov.

Qeyd edək ki, Buranello millimizdə futzalçı karyerasını bitirən Andrey Tveryankini əvəz etməlidir.