Sneyder “Qalatasaray”a şərtlə gəlir
10.01.2013 - 14:05
Sneyder “Qalatasaray”a şərtlə gəlir
“İnter”in hollandiyalı futbolçusu Uesli Sneyder “Qalatasaray”a şərtlə gəlir. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi “Cim Bom”un şərəfini qorumaq üçün alışıb yanmır.

Belə ki, Sneyder Türkiyə çempionuna yalnız digər variantları alınmayacağı halda keçməyə razıdır. Onun adı əsasən İngiltərə və Rusiya klubları ətrafında hallanır.

Halbuki, milanlılar Ueslinin keçidi ilə bağlı türkiyəlilərlə razılığa gəlib. İndi futbolçu ilə şəxsi müqaviləni imzalamaq qalır ki, bunu həll etmək hələ mümkün olmayıb.

“Qalatasaray” Sneyderə illik 6,5 milyon avro məvacib təklif etsə də, onunla anlaşmaq istəyinə çatmayıb.