“Azərbaycanla oyunda ikiqat artıq iş gördüm”
10.01.2013 - 14:10
“Azərbaycanla oyunda ikiqat artıq iş gördüm”
“Azərbaycan yığması ilə oyun çox ağır, gərgin mübarizə şəraitində keçdi. İki bərabər səviyyəli komanda qarşılaşırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna yığmasının (U-19) futbolçusu Roman Yaremçuk deyib.

Kiyev “Dinamo”unun gənc hücumçusu Valentin Qranatkinin xatirə turnirinin qrup mərhələsinin Azərbaycan millisi (U-19) ilə görüşü haqda fikirlərini açıqlayıb: “Bizə qələbə qazanıb qrup qalibi olmaq vacib idi. Bu vəzifənin də öhdəsindən gəldik. Komandamız azlıqda qalanda meydana çıxdım. Həmin vaxt 100 faiz qüvvəmizi meydanda qoymalı, hər top üçün dişimizlə, dırnağımızla döyüşməli idik. Bir sözlə matçı qələbəli sonluğa çatdırmalı idik. Men meydana çıxanda baş məşqçimiz Aleksandr Petrakov təmiz hücumçu kimi oynamamağı, meydanın dərinliyindən irəli atılmağı tapşırdı. Bu üzdən ikiqat artıq iş gördüm. İndiyədək Ukrayna yığmaları bu turnirin qalibi olmayıb. Biz ilkə imza atmaq istəyirik”.

Qeyd edək ki, millimiz Ukrayna ilə qarşılaşmada 0:2 hesabı ilə uduzub.