Millimizin Türkiyə yığması ilə oynamaq variantı yarandı
10.01.2013 - 14:32
Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının (U-19) türkiyəli həmyaşıdları ilə oynamaq variantı yaranıb. Apasport.az saytının məlumatına görə, qardaş ölkənin təmsilçisi Rusiyanın Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə Arif Əsədovun baş məşqçisi olduğu yığmamız kimi 9-12-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb. Bu, Türkiyənin bu gün Qazaxıstana 3:0 hesabı ilə qalib gələrək, C qrupunda 3-cü yeri tutmağından sonra müəyyənləşib.
Azərbaycanla Türkiyənin U-19-ları yanvarın 12-də keçirəcəkləri oyunlarında qalib gələrlərsə, ertəsi 9-10-cu, uduzarlarsa, 11-12-ci yerlər uğrunda matçda üzləşəcək.
Qeyd edək ki, yığmamız 2 gün sonra Yunanıstanla üzləşəcəksə, türkiyəlilər rəqibini gözləyir.

- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU
0
0