Qurban Qurbanovun istəyi
10.01.2013 - 15:50
“Qarabağ” Antalyada ilk məşqinə çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qış təlim-məşq toplanışına bu gün start verən “Qarabağ” hazırlığa yerli vaxtla 11:00-da başlayıb.
Məşqə “Qarabağ”ın heyətində olan bütün futbolçular çıxıblar. Sadəcə baş məşqçi Qurban Qurbanovdan icazə alan Riçard Almeyda təlim-məşq toplanışına 2 gün sonra qoşulacaq.
Hazırlıq öncəsi çalışdırıcı futbolçularla qısa söhbət də edib. O, təlim-məşq toplanışından lazımınca yararlanmağın vacibliyini vurğulayaraq, hər bir futbolçudan maksimum çalışma əzmini gözlədiyini ifadə edib.
Qeyd edək ki, “Qarabağ”ın səhər çalışması 1 saat davam edib. Yüngül qaçışın ardından isinmə hərəkətləri edən komanda “kvadrat”la kifayətlənib. Klubun 2-ci məşqi yeri vaxtla 17:00-a nəzərdə tutulub.

0
0