Namiq Məstanov: Ona “bizə pul gətir” deyən olmayıb - MÜSAHİBƏ
10.01.2013 - 16:21
“Turan” klubunun vitse-prezidenti Namiq Məstanovun apasport.az saytına müsahibəsi
- Komandanın hazırlığı, yeni transferlərlə bağlı işlər nə yerdədir?
- Hazırda Tovuzda güclü qar yığdığından, komanda hazırlıq keçə bilmir. Ola bilsin gəlib Bakıda məşqlərə başladıq.
- Qapıçı Andrey Popoviç Ukraynadan qayıdıb?
- O, hazırda Bakıdadır. Sadəcə, komanda hazırlığa başlamadığından, hələ düşərgədə deyil.
- Adı hələ qış fasiləsi başlamamış müxtəlif klubların ətrafında hallanan Salif Ballo, Ender Günlü, Fərid Quliyevlə bağlı rəsmi təklif almısınız?
- Yox. Azərbaycanda heç bir klub heç bir kluba futbolçu ilə bağlı təklif göndərmək istəmir. Təklif ancaq futbolçulara olur.
- Yeri gəlmişkən, Fərid “Turan”dan getmək istəsə də, onu buraxmadıqlarını açıqlayıb...
- Onun fikirlərini oxumuşam. Bizim Fəridlə danışığımız olacaq. Ancaq ona getməyinin müqabilində “bizə pul gətir” deyən olmayıb. Quliyev yerli futbolçudur. Bizim isə yerli oyunçu ilə yollarımızı ayırmaq niyyətimiz yoxdur. Əgər özü getmək istəyirsə, bunu danışmalıyıq.
- Quliyev apasport.az saytına deyib ki, “Turan”a keçdiyi zaman rəhbərliklə 6 aydan sonra sərbəst getməyi barədə danışığı olub...
- Biz Fəridi komandamıza III turdan – “Sumqayıt”la oyundan sonra götürmüşük. O, həmin vaxt hələ formada deyildi. Quliyev son oyunlarda formaya düşməyə başladı. Yəni biz o qədər qeyri-peşəkarıq, ağılsız ki futbolçuya yeni gələndə bunu deyək? Fərid sabiq baş məşqçimiz Əsgər Abdullayevin vaxtında gəlmişdi. Mənim klub rəhbərlərindən biri kimi hücumçu ilə həmin vaxt belə söhbətim, razılığım olmayıb.
- Sizcə, futbolçu niyə belə deyir?
- Bilmirəm. Əgər Fəridin ürəyi bizimlə deyilsə, onu saxlamağın yeri də yoxdur. Buna görə oturub söhbət eləməliyik. Bilirsiniz, bizim də rəhbərliyimiz, rayon rəhbərliyi var. Onlar kluba maddi vəsait ayırırlar. Yəni rəhbər şəxslərimizi məlumatlandırıb, qərar verməliyik.
- Fərid “Turan”ı iddiasız komanda adlandırıb. Ola bilərmi ki, bu fikirlərindən sonra rəhbərlik onu sərbəst buraxmaq istəməyib?
- Sizə səmimi deyirəm ki, bunun həmin açıqlama ilə heç bir əlaqəsi yoxdur. Ondan konkret məbləğ istəyən olmayıb. Əgər futbolçu deyirsə ki, “Turan” ondan 5 manat istəyir, yalan deyir. Futbolçu komandamızda formaya düşüb. Forma yığandan sonra niyə buraxmalıyıq ki? Bizə yerli futbolçu lazımdır. AZAL-a keçmək istəyirsə, Allah işini avand eləsin.
- Onunla AZAL maraqlanır?
- Mən də saytlardan oxumuşam. AZAL Quliyevlə maraqlanırdısa, niyə yayda boş olanda onu götürmürdü? Yaxud “Qəbələ”yə keçmək istəyirsə, yenə Allah işini avand eləsin. Ancaq hər şeyi danışıb, razılaşdırmaq lazımdır. Bunun üçün futbolçu ilə görüşüb fikrini öyrənəcəyik.
Mehman SÜLEYMANOV

0
0