Milli Dubay toplanışına daha 2 debütantla gedir
10.01.2013 - 16:53
Milli Dubay toplanışına daha 2 debütantla gedir
Milli komandamızın baş məşqçisi Berti Foqtsun daha iki debütantı yığmaya dəvət etdiyi aşkarlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı “Neftçi” ilə 3 illlik müqavilə bağlayan Eşqin Quliyev və gənc qapıçı Emil Balayevi Dubay toplanışına çağırıb.

Yanvarın 29-dan fevralın 6-dək davam edən BƏƏ toplanışına “Neftçi”dən daha bir futbolçu da çağırılıb. Bu, komandanın kapitanı Rəşad Sadiqovdur. Ancaq Foqts xarici klublardan təklif aldıqları deyilən Araz Abdullayevlə Cavid İmamverdiyevə yenə təklif göndərməyib.

Qeyd edək ki, yaxınlarda daha bir debütantın millidən dəvət aldığı bilinmişdi. Belə ki, “Simurq”dan İlkin Qırtımova dəvət gəlmişdi. Bundan başqa, Zaqatala klubundan Rasim Ramaldanov da Dubay toplanışında olacaq.