“Azərbaycana getmədiyim üçün peşman oldum”
10.01.2013 - 17:13
Çexiya millisinin sabiq futbolçusu Lüboş Huşek Azərbaycandan aldığı təklifi dəyərləndirmədiyinə peşman olub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi ölkəmizdə oynamaq variantını dəyərləndirmədikdən sonra heç kimə lazım olmayıb.
Nəticədə 6 ay klubsuz qalan Lüboş yenidən yaxış meydanlara dönmək həvəsilə klub axtarışına başlayıb: “Çox üzücü sonluq idi. Azərbaycan və Kiprdən olan təkliflərdən yararlanmadım və buna peşman oldum. Gah menecerim nə ilə isə razılaşmadı, gah da məni qane etməyən məqam üzə çıxdı. Sonda klubsuz qaldım. “Transfer pəncərəsi” də bağlandı və nəticədə 6 ayı boşa verdim. Lakin yenidən karyeramı bərpa etmək istəyirəm. Hələ 29 yaşındayam və oynamaq iqtidarındayam”.
Qeyd edək ki, Huşek 2003-06-cı illərdə “Yablonets”, 2007-2012-ci illərdə “Sparta”da çıxış edib. Yarımmüdafiəçi Çexiyanın əsas yığmasında 1 matça çıxıb.

- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU
0
0