Bəxtiyar Soltanov “Bakı”dakı nömrəni seçdi
10.01.2013 - 17:58
“Simurq” “Qarabağ”ın futbolçusu Bəxtiyar Solıtanovu heyətinə qatdığını rəsmən açıqlayıb. Apasport.az-ın məlumatına görə, Zaqatala klubu rəsmi saytında 23 yaşlı hücumçunu ağdamlılardan cari mövsümün sonuna kimi icarəyə götürdüyünü təsdiqləyib.
Belə ki, yeni klubu ilə rəsmi müqavilə imzalayan Bəxtiyar artıq Antalyada təşkil olunmuş təlim-məşq toplanışına yollanıb. Bununla da çempionatımızın liderlərindən biri qış fasiləsində ilk transferini reallaşdırıb.
Futbolçunun Zaqatala təmsilçisində geyəcəyi forma da bəllidir. Belə ki, Bəxtiyar yetirməsi olduğu “Bakı”daki kimi 27 nömrəli formanı daşıyacaq.

0
0