Berti Foqts heyəti açıqladı
10.01.2013 - 17:59
Berti Foqts heyəti açıqladı
Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışına yollanacaq heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts 22 futbolçuya dəvət göndərib. Bunların çoxu gənclər olduğundan, Foqts fevralın 1-də Özbəkistan, 6-da Lixtenşteyn yığması ilə yoldaşlıq görüşlərində onları sınamağı qərara alıb.

Bunlardan Emil Balayev, İlkiin Qırtımov, Eşqin Quliyev, Rüfət Dadaşov, Rərdis Fərcad-Azad debütantdır və millidə ilk dəfə oynamaq şansı qazanacaqlar. Foqts əsas heyət oyunçularından Kamran Ağayev, kapitan Rəşad Sadıqov, Mahir Şükürov, Aleksandr Çertoqanov, Branimir Subaşiçə yalnız ehtiyat heyətdə yer verib. Onlara ehtiyac olarsa, millinin sıralarında yer alacaqlar.

Qapıçılar: Anar Nəzirov (“Qəbələ”), Səlahət Ağayev (“Sumqayıt”), Emil Balayev (“Neftçi”)

Müdafiəçilər: Vladimir Levin (“İnter”), Vurğun Hüseynov (“Qəbələ”), Bədavi Huseynov, Maksim Medvedev, Qara Qarayev (hamısı “Qarabağ”), Rasim Ramaldanov, İlkin Qırtımov (hər ikisi “Simurq”), Ruslan Abışov (“Xəzər Lənkəran”), Elhad Nəziri (“Milsami” Moldova)

Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Eşqin Quliyev (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Cavid Hüseynov (“Adana Demirspor” Türkiyə), Elvin Məmmədov (“Bakı”)

Hücumçular: Vüqar Nadirov, Vaqif Cavadov, Rauf Əliyev (“Qarabağ”), Rüfət Dadaşov (“Kayzerslautern II” Almaniya), Pərdis Fərcad-Azad (“Sumqayıt”)

Ehtiyat oyunçular:
Qapıçılar - Kamran Ağayev (“Xəzər Lənkəran”), Aqil Məmmədov (“Bakı”)

Müdafiəçilər - Rəşad Sadıqov (“Qarabağ”), Ufuk Budak (“Əskişəhirspor” Türkiyə), Mahir Şükürov (“Neftçi”)

Yarımmüdafiəçilər - Aleksandr Çertoqanov, Rövşən Əmiraslanov (hər ikisi “Qəbələ”), Taqim Novruzov (AZAL), Əfran İsmayılov (“Qarabağ”), Cavid İmamverdiyev (“Neftçi”)

Hücumçular - Branimir Subaşiç (“Xəzər Lənkəran”), Cihan Özkara (“Sivasspor” Türkiyə)