Elxan Məmmədov: Milli komanda avqustda Malta ilə qarşılaşacaq
10.01.2013 - 18:44
“Milli komandanın avqustda yoldaşlıq oyunu keçirməsi üçün artıq danışıqlara start verilib”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Malta mətbuatından olan həmkarlarımız avqustda ölkələrinin yığması ilə Azərbaycan millisi arasında yoldaşlıq oyununun baş tutacağını iddia edir.
Baş katib bu xəbəri təsdiqləyir. O, bu ölkənin federasiyası ilə danışıqlar apardıqlarını təkzib etmir: “Hazırda Malta Futbol Federasiyası ilə danışıqlar gedir. Demək olar ki, bu məsələ həllini tapıb. Malta ilə avqustda, FİFA-nın təqviminə daxil olan gündə yoldaşlıq matçı keçirəcəyik”.
Qeyd edək ki, 2010-cu ilin noyabrın 17-də də Malta ilə yığmamızın yoldaşlıq matçı planlaşdırılmışdı. Ancaq sonradan knyazlıq təmsilçisinin həmin tarixdə Xorvatiya ilə seçmə mərhələ oyunu keçirəcəyi dəqiqləşdiyindən, bu görüş baş tutmamışdı. Belədə milli Podqoritsada Çernoqoriya ilə görüşməli olmuşdu.
Səbuhi TOFİQOĞLU

0
0