Cavid Hüseynov yenə start heyətində
10.01.2013 - 19:10
Cavid Hüseynov yenə start heyətində
Milli komandamızın üzvü Cavid Hüseynovun çıxış etdiyi “Adana Dəmirspor” Antalyada 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Adana təmsilçisi digər I dəstə təmsilçisi “Qaziantep BB” ilə qarşılaşıb.

Cavid yenə ilk dəqiqələrdən meydanda olub. Komandası inamlı qələbə qazansa da, Hüseynova yenə fərqlənmək nəsib olmayıb. O, ikinci yarida Ərçağ Evirgenlə əvəzlənib.

Belə ki, “Adana Dəmirspor” Gökhan Kabanın biri penaltidən olmaqla dublu və Ərçağ Evirgenin qolu ilə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bundan öncəki futbolçumuzun 90 dəqiqə oynadığı “Konyaspor” matçında da adanalılar qalib gəlmişdilər – 1:0. Cavidin komandası növbəti – son yoxlama oyununu yanvarın 12-də aşağı dəstənin sonuncusu “Ankaragücü”yə qarşı keçirəcək.