"Simurq" Antalyaya yollandı
10.01.2013 - 20:24
"Simurq" Antalyaya yollandı
"Simurq" qış hazırlıqlarına start vermək üçün bu gün Antalyaya yola düşüb. Apasport.az-ın klubun saytına istinad məlumatına görə, vitse-prezident Aydın Rizayevin rəhbərliyi altında qardaş ölkəyə gedən Zaqatala təmsilçisi, sabahdan etibarən gündə iki dəfə olmaqla fiziki hazırlıqlı məşqlərə başlayacaq.

Legioner futbolçular isə öz ölkələrindən birbaşa Antalyaya gələcəklər.

Qeyd edək ki, "Simurq"un Antalyada təşkil olunmuş təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. “Sarı-qaralar” yanvar ayının 17-nə qədər "Mardan Spor Kompleksi"ndə fiziki ağırlıqlı məşqlər keçəcək və sonuncu gün ilk yoldaşlıq görüşünə çıxacaq. İki günlük istirahətdən sonra komandamız Belek bölgəsində yerləşən "Atlantik" otelinə keçəcək və toplanışın növbəti mərhələsinə başlayacaq. Burada isə Zaqatala təmsilçisi dörd yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Komandamız fevralın 1-də Antalya toplanışını başa vuraraq ölkəyə qayıdacaq.