Qvardiolaya “Roma”dan təklif gəlib
10.01.2013 - 20:44
“Baselona”da bir çox titullara sahib olan və gənc yaşında Avropanın əfsanəvi baş məşqçiləri arasında yer alan Xosep Qvardiolaya yeni təklif gəlib. Apasport.az saytının ispan mətbuatına istinad məlumatına görə, 41 yaşlı çalışdırıcı ilə “Roma” yaxından maraqlanır.
Artıq İtaliya təmsilçisinin idman direktoru Franko Baldini Nyu York şəhərinə gedərək Peplə görüşüb. Paytaxt klubunun nümayəndəsi 2002-2003 mövsümündə “Roma”nın heyətində çıxış etmiş Qvardiolaya yeni mövsümdən (2013-2014) etibarən komandanın sükanı arxasına keçməsini təklif edib. Xosep isə bu təklifə cavab vermək üçün onlardan bir müddət vaxt istəyib.
Qeyd edək ki, “Roma”nın hazırkı baş məşqçisi Zdenek Zemandır. Onun bu klubla hələ iki illik müqaviləsi var.

0
0