Ramos 5 oyunluq cəzalandı
10.01.2013 - 22:26
Ramos 5 oyunluq cəzalandı
"Real"ın müdafiəçisi Serxio Ramos İspaniya Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb İspaniya Kral Kubokunun 1/8 final mərhələsinin “Selta” ilə cavab oyununda Ramos matçın 73-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub.

Daha sonra Madrid klubunun müdafiəçisi meydanı tərk edərkən hakimi tənqid edib. Elə buna görə də Serxio həm referiyə qarşı işlətdiyi nalayiq ifadələr üçün 4 oyunluq və qırmızı vərəqə aldığına üçün isə bir matçlıq cəzalanıb.

Qeyd edək ki, “Real” – “Selta” qarşılaşması meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.