“Mənə qarşı haqsızlıqlar oldu”
11.01.2013 - 00:01
“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayevin apasport.az saytına müsahibəsi
- İstirahət başa çatmaq üzrədir. Yorğunluğunuzu ata biləcək qədər dincəldinizmi?
- Ailəmin yanında oldum. Dostlarımla tez-tez futbol oynayırdım. Ailəmin və dostlarımın əhatəsində yaxşı dincəldim.
- Adətən əcnəbi futbolçular belə fasilələr zamanı istirahət zonalarına üz tuturlar. Amma nədənsə bizim futbolçular evdə qalmağa çalışırlar...
- Hər insanın öz zövqü var. Kimisi dincəlmək üçün Dubaya, bir başqa yerə üz tutur. Ata-anamın yanında qaldım. Mənim üçün belə daha yaxşıdır.
- Fasilə zamanı formanı saxlamaq üçün məşq edirdinizmi?
- Bu, mütləq olmalıdır. Hər bir idmançı fasilə zamanı belə məşqlərini dayandırmamalıdır. Yoxsa dərhal məşqlərə başlayan vaxt əzələni darta, əlavə çəki toplaya bilərsən. Dostlarımla tez-tez futbol oynamağım da bunun üçün idi. Fərdi məşqlər də öz yerində.
- Karles Bakesin gəlişindən sonra yenidən özünüzü tapdınız. Bəs əvvəl niyə şans verilmirdi?
- Hər baş məşqçinin öz üslubü var. Bakesdən əvvəl oyuna hansı heyətlə başlayırdıqsa, onlarla da bitirirdik. Sanki komandada 11 futbolçu var idi. Yeni məşqçi fərqi gördü, məni oynatdı, çalışdım ki, etimadını doğruldum. Əvvəl isə belə deyildi. Artıq həmin 11 nəfər bilirdi ki, hər dəfə çıxıb oynayacaqlar. Başqalarına şans verilmirdi. O da necə gəldi oynayırdı. Kim zəif oynayır, formada deyil, ehtiyatda oturmalıdır. Belə olan halda, inkişaf olacaq. Yoxsa, zəif olsan belə meydana çıxırsansa, hansı inkişafdan danışmaq olar.
- Sizə qarşı haqsızlıq edilirdi?
- Həmin vaxt Allaha sığınmışdım. Çalışdım ki, səbirli olum. Yanılmadım da. Səbirli oldum və bəhrəsini gördüm. Doğurdan da mənə qarşı haqsızlıqlar oldu. Bu dünyada olmasa da, o biri dünyada bunun hesabı veriləcək.
- Həmin vaxt başqa komanda axtarmaq haqda düşünürdünüzmü?
- Bu cür davam etsəydi, təbii ki, özümə yeni komanda axtaracaqdım. “Xəzər Lənkəran” daha önəmlidir. Bu klubda oynamaq daha şərəflidir.
- “Xəzər Lənkəran” niyə qeyri-sabit oynayır?
- Baş məşqçi dəyişiklikləri, eləcə də zədəlilərimiz çox oldu. Yanvardan sonra daha fərqli olacağına inanıram.
- 2013-cü ildən nə gözləyirsiniz?
- Uğurlu olacağını düşünürəm. İnşallah, qrup mərhələsinə düşmək üçün mübarizə aparacağıq.

0
0