Messi 2005-ci ildə PSV-yə keçməyə yaxın olub
10.01.2013 - 23:58
Hollandiyanın nəhəng klublarından olan PSV-nin sabiq prezidenti Rob Vesterhof Lionel Messi haqda maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Vesterhof 2005-ci ildə argentinalı ulduz futbolçunun komandasına keçməyə çox yaxın olduğunu bildirib.
Lakin sonradan bunun baş tutmadığını ifadə edib:
“Həmin illər PSV çox yaxşı çıxış edirdi. Baş məşqçimiz Qus Hiddinklə həm ölkə çempionu, həm də Çempionlar Liqasının yarımfinalına yüksəlmişdik. Messi məsələsini klubun iclasında müzakirə etdik və hər kəs müsbət rəy verdi. Hamımız onun yaxşı oyunçu olduğu bilirdik. Lakin daha sonra Laporta mənə zəng etdi və komanda nümayəndələrinin razı olmadığını bilirdi. Mənə elə gəlir ki, argentinalı hücumçunun bizə keçidini həm Frank Raykard, həm də Henk Ten Kate icazə verməyib”.
Qeyd edək ki, sözügedən illərdə İspaniya çempionatında xarici futbolçulara limit qoyulduğu üçün “Barselona” rəhbərliyi Messini icarəyə vermək haqda fikirləşib. Həmin dövrdə Kataloniya təmsilçisinin rəhbəri Xuan Laporta Roba Lioneli təklif edib.

0
0