”Cim-Bom”a “Milan”dan rədd cavabı
11.01.2013 - 02:45
”Cim-Bom”a “Milan”dan rədd cavabı
“Qalatasaray” İtaliya təmsilçisinin daha bir futbolçusu ilə yaxından maraqlanır. Apasport.az saytının Türkiyə mətbuatına istinad məlumatına görə, “Cim-Bom” “Milan”ın qanalı yarımmüdafiəçisi Kevin-Prins Boatenqə 15 milyon avroluq təklif göndərib.

Lakin “rossenyerlər” İstanbul klubunun bu təklifinə rəd cavabı verib. Belə ki, “Milan”ın vitse-prezidenti Adriano Qalliani İtaliya mətbuatına verdiyi müsahibəsində Boatenqin satılmayacağını və onu komandada saxlayacaqlarını bildirib.

Qeyd edək ki, Kevin-Prins Boatenqin “Milan”la olan müqaviləsinin müddəti 2014-cü ilin sonunda başa çatacaq.