"Barselona"dan böyük hesablı qələbə
11.01.2013 - 03:35
"Barselona"dan böyük hesablı qələbə
İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu matç günündə üç qarşılaşma reallaşıb.

Madrid "Atletiko"su səfərdə "Qetafe" ilə üz-üzə gəlib. İlk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Dieqo Simonenin yetirmələri bu dəfə rəqibinin müqaviməti ilə üzləşib. Matç 0:0 hesabı ilə başa çatıb.

"Barselona" isə doğma publika önündə aşağı liqa təmsilçisi "Kordoba"nı qonaq edib. Fasiləyə qədər rəqibini 3 dəfə mərkəzdən başlamağa məcbur edən Kataloniya təmsilçisi ikinci yarıda da 2 qol vurmağı bacarıb.

Beləliklə, rəqibini 5:0 hesabı ilə üstələyən "Barselona" növbəti mərhələyə adlayıb.

İspaniya Kral Kuboku

1/8 final (cavab oyunları)

8 yanvar

"Malaqa" - "Eibar" - 4:1 (İlk oyun - 1:1)
Dieqo, 74, Fernandez, 76, Portillo, 82, Dieqo, 90 - Arroyo, 12

"Valensiya" - "Osasuna" - 2:1 (İlk oyun - 2:0)
Kosta, 34, Soldado, 90 - Llorente, 37

9 yanvar

"Sevilya" - "Malyorka" 1:2 (İlk oyun - 5:0)
Moral, 22 - Brandon, 52, Alfaro, 56

"Real" - "Selta Viqo" 4:0 (İlk oyun - 1:2)
Ronaldo, 3, 24, 87, Kedira, 89

"Saraqoza" - "Levante" 2:0 (İlk oyun - 1:0)
Zukulini, 23, Montanes, 60

10 yanvar

"Qetafe" - "Atletiko" 0:0 (İlk oyun - 0:3)

"Barselona" - "Kordoba" 5:0 (İlk oyun - 2:0)
Alkantara, 17, Vilya, 21, 26, Sançez, 55, 85

"Betis" - "Las Palmas" 1:0 (İlk oyun - 1:1)
Martin, 85