“Son qərarı Sneyder verəcək”
11.01.2013 - 05:47
Bir müddətdir “Qalatasaray”ın transfer etmək istədiyi Uesli Sneyder haqda “İnter”in idman direktoru Piero Ausilio açıqlama verib. Apasport.az saytının İtaliya mətbuatına istinad məlumatına görə, klub nümayəndəsi hollandiyalı yarımmüdafiəçinin “Cim-Bom”a transferinin başa çatmaq üzrə olduğunu bildirib.
Lakin o, Ueslinin İstanbul təmsilçisinə keçməsi üçün hələ qərarını vermədiyini ifadə edib:
“Mən Sneyderin “Cim-Bom”a keçəcəyini dəqiq deyə bilmərəm. Lakin “Qalatasaray”ın bizə etdiyi təkliflə biz razılaşdıq. Bu isə o demək deyil ki, hələ hər şey başa çatıb. Tərəflər arasında razılıq əldə olunsa da, son sözü Sneyder deyəcək. Lakin hollandiyalı futbolçu da hələ öz qərarını verməyib”.

0
0