“Azərbaycan yığmasında problem var”
11.01.2013 - 10:06
“Azərbaycan yığmasında qapıçılarla bağlı problem var. Bu səbəbdən mənə maraq olduğunu düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun qapıçısı Devid Petrzkeviç deyib.
Bir müddət əvvəl Azərbaycan millisinə cəlb olunmaq variantından danışan polşalı futbolçu klub rəhbərliyinin həmin xəbəri təkzib etməsindən sonra yenə açıqlama verib. Petrzkeviç hələlik milliləşmə təklifi almadığını bildirib: “Berti Foqtsun başçılıq etdiyi məşqçilər korpusu çempionat oyunlarını izləyir. Lakin mənimlə heç kim söhbət etməyib. Bu haqda söhbətləri eşidəndə təəccübləndim. Amma Azərbaycan yığmasında oynamağımın mümkünlüyünü eşitmək xoşdur”.
Qapıçı bildirib ki, təklif alacağı halda çətin seçim qarşısında qalacaq: “Bu, çox çətin qərar olacaq. Axı mən polşalıyam. Lakin digər tərəfdən Azərbaycan futbolçu kimi inkişaf etməkdə mənə kömək edib. Niyə də mən onlara kömək etməyim?”
Polşalı “Simurq”un Premyer Liqadakı çıxışına da toxunub: “Klubumuzun 8 illik tarixinin ən yaxşı dövrüdür. İndi ilk növbədə “altılığ”a düşmək haqda düşünürük. Bizə cəmi 2 oyunda xal qazanmaq lazımdır ki, vəsiqəni təmin edək”.
David Azərbaycan çempionatını əvvəllər oynadığı Polşa və Çexiya liqaları ilə müqayisə edib: “Hələlik Azərbaycan çempionatı Polşa və Çexiyadan geri qalır. Lakin orada futbol, o cümlədən çempionat inkişafdadır. Bu inkişafla bir neçə ilə Polşanı da arxada qoyacaq. Onlar futbola böyük vəsait qoyurlar, ildən-ilə daha çox və səviyyəli oyunçular gətirirlər. Bu il “Neftçi” Avropa Liqasının qrupuna düşdü”.
Qapıçı həmyerlisi Sebastyan Milanın “Neftçi”yə mümkün keçidindən də danışıb: “Mila Azərbaycanda oynamalıdır. Mən ona bu ölkədə oynamağı məsləhət görürəm. Əgər təklif alıbsa, qəbul etsin”.

0
0