Milli komandamız Belarusla qarşılaşa bilər
11.01.2013 - 10:26
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilən ənənəvi beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, C və D qruplarında baş tutan III turun oyunlarından sonra pley-off mərhələsinin tam tərkibi müəyyənləşib.
Qrup üçüncülərinin mübarizə aparacağı 9-12-ci yerlər uğrunda yarışacaq “dördlük”də Azərbaycan millisinin (U-19) bütün rəqibləri məlum olub. Bura vəsiqə qazanan sonuncu komanda Belarus yığması olub. Bununla da onlar 9-cu yer uğrunda yarışda millimizin rəqiblərindən birinə çevrilib. D qrupunda 3-cü olan slavyanlar Azərbaycan, Türkiyə və Yunanıstana qoşulub.
12 yanvar
16:30. Azərbaycan – Yunanıstan
19:00. Türkiyə - Belarus
13 yanvar
16:30. 11-ci yer uğrunda
19:00. 9-cu yer uğrunda

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0