“Qəbələ”dən rəsmi açıqlama: 2 futbolçunun gedəcəyi dəqiqləşib
11.01.2013 - 11:43
“Hələlik komandadan gedəcək 2 futbolçu müəyyənləşib”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
Heyəti Ceyhun Sultanov və Amit Quluzadə ilə gücləndirən, Rauf Əliyevi almaqda maraqlı olan “Qəbələ” transferdə ən fəallardandır. Ancaq klubdan ayrılacaq futbolçular da var.
Hazırda “Qəbələ” ilə müqaviləsi başa çatan futbolçular Elmar Baxşiyevlə Yaşar Abuzərovdur. Ancaq hər iki futbolçu yox, komanda ilə müqaviləsi olan başqa oyunçulardan ayrılan olacaq. Bunu ilk dəfə Zaur Əzizov rəsmi şəkildə bildirdi: “Nodar Məmmədov və Muammer Ərdoğdu heyətə düşməkdə çətinlik çəkirdi. Bu üzdən hər iki futbolçuya özlərinə klub tapmaq üçün şərait yaratdıq. Onlarla müqavilə qarşılıqlı şəkildə pozulacaq”.
Qeyd edək ki, hazırda “Qəbələ” təlim-məşq toplanışının ilk mərhələsini ölkəmizdə keçirir. Bölgə klubu baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında Mingəçevirdə hazırlıqlarını davam etdirir.
Səbuhi TOFİQOĞLU

0
0