Rumıniya mətbuatı göndərir, “Xəzər Lənkəran” istəmir
11.01.2013 - 11:58
“Xəzər Lənkəran”ın qış “transfer pəncərəsi” dövründə heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı məlum olub. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, heyətini gücləndirmək üçün Buxarestə nümayəndə göndərib oyunçu axtaran “ağ-yaşıllar”ın hədəfindəki legionerlərdən biri Kristian Pulhakdır.
Buxarest “Dinamo”sunda oynayan 29 yaşlı müdafiəçi Lənkəran təmsilçisinin transfer siyahısında yer alıb. Rumıniya mətbuatının yazdığına əsasən, “Dinamo”da qalacağı halda aylıq maaşı 4 min avro azaldılacaq müdafiəçini 2 xarici klub heyətində görmək istəyir.
“Xəzər Lənkəran”la yanaşı, Pulhaka iddia edən komanda Bolqarıstan “Ludoqorets”idur.
Xatırladaq ki, “Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake ilə “Dinamo”da komanda yoldaşı olmuş Kristian 10 ildir Buxarest təmsilçisinin üzvüdür. Peşəkar karyerasında yalnız bu kluba bağlı olan müdafiəçi icarə əsasında Rumıniyada “Kampina” və “Sportul”, həmçinin İspaniyada “Erkules”in heyətində çıxış edib.
Sol cinah müdafiəçisi Rumıniyanın əsas yığmasında 3 matç keçirib.
Buxarestdə Rumıniya çempionatının bir neçə oyununu izləmiş “Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayev isə Pulhakla maraqlanmadıqlarını söyləyib: “Düzdü, Rumıniyada bir neçə görüşü izləmişəm. Hətta həmin çempionatda tanıdığım çoxlu futbolçu var. Amma Pulhakla nəinki maraqlanmaq, heç onu tanımıram”.

0
0