Yuri Fomenko: “İnter” mənimlə çoxdan maraqlanırdı MÜSAHİBƏ
11.01.2013 - 16:05
Bakının “İnter” klubunun ukraynalı transferi Yuri Fomenkonun apasport.az saytına müsahibəsi
- Qış fasiləsində autsayder “Kəpəz”dən qış çempionu “İnter”ə keçdiniz. Sizin üçün gözlənilməz olmadı?
- Açığı, “İnter” mənimlə çoxdan maraqlanırdı. Sadəcə, bəzi səbəblərdən ötən yay transferim reallaşmadı. İndi hər şey istədiyim kimi oldu.
- “Kəpəz”dən gedişiniz necə baş tutdu?
- Komandadan sərbəst futbolçu kimi ayrıldım. Agentim bütün sənədləşmə məsələlərini həll etdi. Görünür, “Kəpəz” də qalmağımı istəməyib.
- İl yarım “Kəpəz”də oynadınız. Belə demək olarmı ki, qış fasiləsində başqa kluba keçməyi özünüz üçün qətiləşdirmisiniz?
- Düzdü, güclü komandaya keçmək fikrim vardı. Əslində, avrokuboklar uğrunda mübarizə aparan komanda istəyirdim.
- Autsayder komandanın lideri, ən məhsuldar futbolçusu idiniz. “Kəpəz”də özünüzü necə hiss edirdiniz?
- Həqiqətən çox çətin idi. “Kəpəz”in zəif çıxışına heyətlə bağlı böyük dəyişiklər təsir göstərdi. Niyə bu qədər uduzduğumuzu bilmirəm.
- Baş məşqçi Mahmud Qurbanovla münasibətləriniz necə idi?
- Normal.
- Karyeranızı digər ölkədə davam etdirməyi düşünürdünüz?
- Başqa ölkələrlə maraqlanmamışam. Mən burdan gedəndə, Ukraynada 3 variantım vardı. Ancaq əgər Azərbaycanda işim alınmasaydı, vətəndə oynayacaqdım.
- Sizi burda qalmağa nə stimul verdi?
- Düzü, oynadığım il yarımda artıq ölkənizə öyrəşmişəm. Azərbaycan yaxşı ölkədir, xoşuma gəldiyi üçün qalmağa üstünlük verdim.
- Dəfələrlə “İnter”ə qarşı oynasanız da, qol vura bilmədiniz. İndiki komandanızı necə dəyərləndirərdiniz?
- Sözsüz, “İnter” yaxşı komandadı. Məni burada çox yaxşı qarşıladılar. Mehriban kollektiv, əsl işgüzar mühit var.
- Komandanızda həmyerliniz var – Vladimir Levin. O, uzun illərdir millimizin şərəfini qorusa da, əslən Ukraynadadır...
- Açığı, Azərbaycana gələnə kimi Levini tanımırdım. Bura gələndən sonra onunla tanış oldum. Yaxşı futbolçu, insandır. Üstəlik, komandamızın kapitanıdır.
- “İnter”lə niyə cəmi yarım illik müqavilə imzaladınız?
- (gülür) Bilmirəm, belə alındı. Əslində, müddətin ciddi fərqi yoxdur. Sonradan lazım olanda uzatmaq olar.
- “İnter”lə hazırlıq keçmək üçün Antalyaya yollanırsınız. “Kəpəz”dən fərqli, burda rəqabətə görə əsas heyətə düşməyiniz asan olmayacaq. Bu perspektivi necə görürsünüz?
- Sağlam rəqabət heç kimə maneçilik törətmir. Bu, futbolçunun inkişafı üçün çox yaxşıdır. Yəni, komandamızın bütün hücumçuları rəqabətdən faydalana bilərlər.
- “İnter” daha çox bir hücumçu ilə oynayır ki, bu da baş məşqçi Kaxaber Sxadadzenin oğlu Baçanadır. Komandanın bombardiri olan gürcü həmkarınızı əsas heyətdən sıxışdıra bilərsiniz?
- Rəqabətdən çəkinmirəm. Heç vaxt heç kimdən qorxmamışam. Bacardığımı həmişə meydanda sübut etmişəm.
- “İnter”in çempionluq şansını necə dəyərləndirərdiniz?
- Bütün komandalara meydanda sübut etməliyik ki, biz çempion ola bilərik, vəssalam. Onda hər şey yaxşı olacaq.
Mehman SÜLEYMANOV

0
0