Daha 2 komandamız Antalyaya getdi
11.01.2013 - 17:34
Daha 2 Azərbaycan klubu Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Apasport.az saytının məlumatına görə, bu gün “Neftçi” ilə “İnter” Antalyaya hazırlıq prosesinə üz tutub. Çempion səhər, “bankirlər” isə günorta saatlarında səfərə çıxıb.
Artıq Türkiyədə olan “Neftçi”nin üzvlərini daşıyan təyyarə Bakı vaxtı ilə saat 14:00-da Antalya hava limanına enib. "Mardan" otelində məskunlaşan bakılılar hazırlıq çərçivəsində ilk məşqini bu gün yerli vaxtla saat 18:00-da (Bakı vaxtilə saat 20:00-da) keçirəcək. Hazırlığın yanvarın 23-ə kimi davam edəcək ilk mərhələsi əsasən fiziki göstəricilərin yaxşılaşdırılması istiqamətində olacaq.
Qeyd edək ki, “Qarabağ”la “Simurq” Antalyada hazırlıq prosesinə artıq start götürüb.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0