Nuri Şahin sabiq komandasına qayıdır
11.01.2013 - 20:47
Madrid “Real”ına məxsus olan və hazırda “Liverpul”da icarə əsasında çıxış edən Nuri Şahin yenidən Bundesliqaya qayıda bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə milli komandasının üzvü ilə sabiq komandası yaxından maraqlanır.
Artıq Dortmund “Borusiya”sının nümayəndələri Nurinin meneceri ilə danışıqlara başlayıb. Bu xəbəri alman klubunun baş məşqçisi Yurgen Klop da təsdiqləyib. O, Nuri ilə tez-tez əlaqə saxladığını bildirib:
“Mən hazırda bu haqda heç bir şey deyə bilmərəm. Çünki biz Nuri ilə tez-tez görüşüb, əlaqə saxlayırıq. Növbəti günlərdə nə baş verəcəyini gözləmək lazımdır”.
Qeyd edək ki, Nuri Şahin Dortmund “Borusiya”sında 2005-2011-ci illərdə forma geyinib. 24 yaşlı yarımmüdafiəçi 135 matçda meydana çıxıb və 13 qola imza atıb.

0
0