Stramaççioni Sneyderi heyətə daxil etməyib
11.01.2013 - 23:56
“İnter”in futbolçusu Uesli Sneyder “Qalatasaray”a keçməyə çox yaxındır. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında “Neftçi”nin rəqibi olan Milan təmsilçisinin baş məşqçisi Andrea Stramaççioni hollandiyalı yarımmüdafiəçini həftəsonu “Peskara” ilə keçiriləcək qarşılaşmanın heyətinə daxil etməyib.
Jurnalistlərin “Sneyderin hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiniz” – sualına isə italiyalı çalışdırıcı belə cavab verib: “Ueslinin transferinin başa çatacağına ümid edirəm. Kartlar masanın üzərindədir. Bunun necə nəticələnəcəyini birlikdə görəcəyik".
Qeyd edək ki, bir neçə gün öncə “Cim-Bom” rəhbərliyi Sneydərin yaxın günlərdə "Qalatasaray"a keçəcəyini bildirib.

0
0