Abramoviçdən Qvardiolaya yeni təklif
12.01.2013 - 00:28
“Çelsi”nin sahibi Roman Abramoviç “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiolanı komandasının sükanı arxasına gətirməyə hazırlaşır. Apasport.az saytının “The Express”ə istinad məlumatına görə, rusiyalı milyarder ötən mövsüm Kataloniya klubundan ayrılan təcrübəli mütəxəssisə ilinə 22 milyon avroluq təklif etmək niyyətindədir.
Hazırda ailəsi ilə birgə Nyu York şəhərində yaşayan ispaniyalı çalışdırıcının özü də növbəti mövsümdən etibarən baş məşqçi vəzifəsində işləyəcəyini bildirmişdir: “Gələn mövsüm yenidən futbola qayıtmaq fikrindəyəm. Çünki hələ gəncəm. Amma ailəmin də rahat yaşaması üçün yaxşı yer seçəcəyəm”.
Qeyd edək ki, 41 yaşlı çalışdırıcıya daha öncə Münhen “Bavariya”sı və “Roma”da rəsmi təklif göndərib.

0
0