"Rayo Valyekano" səfərdə sevindi
12.01.2013 - 04:01
"Rayo Valyekano" səfərdə sevindi
İspaniya La Liqasında XIX turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə yalnız bir qarşılaşma reallaşıb.

Səfərdə "Atletik"in qonağı olan "Rayo Valyekano" inamlı qələbə qazanıb. Fasiləyə qədər hesabı aça bilməyən qonaqlar ikinci yarıda ev sahiblərini iki dəfə mərkəzdən başlamağa məcbur ediblər. Bilbao təmsilçisi 77-ci dəqiqədə bu qollardan birinin əvəzini çıxsa da, bundan başqasına gücü çatmayıb – 1:2.

Qeyd edək ki, İspaniya La Liqasının XIX turunun qalan görüşləri bu axşam və sabah keçiriləcək.


İspaniya La Liqası

XIX tur

11 yanvar

"Atletik" (Bilbao) - "Rayo Valyekano" - 1:2
San Joze, 77 - Banqura, 48, Piti, 65-pen

12 yanvar

"Valyadolid" - "Malyorka"

"Espanyol" - "Selta Viqo"

"Osasuna" - "Real"

"Valensiya" - "Sevilya"

13 yanvar

"Betis" - "Levante"

"Real" (Sosyedad) - "Deportivo"

"Atletiko" - "Saraqoza"

"Malaqa" - "Barselona"