“Birinci yığmaya 35 yerli futbolçu dəvət etdik”
12.01.2013 - 05:31
“Birinci yığmaya 35 yerli futbolçu dəvət etdik”
“Məni noyabrda bu komandanın məşqçisi təyin etdilər. Hər şeydən öncə düzgün seleksiya aparmaq idi. Birinci yığmaya 35 yerli futbolçu dəvət etdik. Lakin dekabrda xaricdə oynayan azərbaycanlıları nəzərdən keçirib, komandaya cəlb etdik. Əsasən də Rusiyadan. Bundan sonra biz həmin futbolçuların arasından ən yaxşılarını seçdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya mətbuatına müsahibəsində Azərbaycanın 19 yaşadək futbolçularından ibarət yığma komandasının baş məşqçisi Arif Əsədov deyib.

O, Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdəki çıxışlarını və digər sualları cavablandırıb: “Bizdə xüsusi bölmə işləyir - skautlar. Bundan başqa, federasiyanın saytında səhifə yaradılmışdır. Bura istənilən azərbaycanlı girə bilərdi - oyunçu, onun valideynləri və menecerləri. Sonra bu haqda informasiya verilir”.