Totti 2016-cı ilə qədər “Roma”da
12.01.2013 - 06:39
Totti 2016-cı ilə qədər “Roma”da
İtaliyanın məşhur futbolçularından olan Françesko Totti yaşının çox olmasına baxmayaraq “Roma” ilə yenidən anlaşıb. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən paytaxt klubunun heyətində çıxış edən və heç bir komandanın formasını geyinməyən “kral” ləqəbli yarımmüdafiəçi 40 yaşına qədər “Roma”nın şərəfini qoruyacaq.

Belə ki, müqaviləsinin müddəti gələn il başa çatacaq Totti ilə “Roma” 2016-cı ilə qədər yenidən müqavilə imzalayıb.

Qeyd edək ki, 36 yaşlı futbolçu “Roma”nın heyətində 516 matçda meydana çıxıb və 219 qola imza atıb.