“Mançester Siti” Balotelli ilə yollarını ayırır
12.01.2013 - 07:17
“Mançester Siti” italiyalı hücumçusu Mario Balotellinin transfer qiymətini açıqlayıb. Apasport.az saytının “The Guardian”a istinad məlumatına görə, sonuncu dəfə məşq zamanı baş məşqçi Roberto Mançini ilə dalaşan və daha sonra təcrübəli çalışdırıcı tərəfindən əfv edilən futbolçunu, Premyer Liqa təmsilçisinin rəhbərliyi bağışlamayıb.
Belə ki, “şəhərlilər” 22 yaşlı forvardı 30 milyon avroya satacaqlarını bildirib. Həmçinin Balotelli 2010-cu ildə “Mançester Siti”yə “İnter”dən bu qiymətə transfer olunub.
Qeyd edək ki, Mario ilə “Milan” yaxından maraqlanır. Balotelli klubun prezidenti Silvio Berluskoninin transfer siyahısında birinci olaraq göstərilir.

0
0