“Beşiktaş”ın istədiyi futbolçu Qətər klubunu seçdi
12.01.2013 - 07:45
“Beşiktaş”ın istədiyi futbolçu Qətər klubunu seçdi
Son günlər “Beşiktaş”ın transfer etmək istədiyi futbolçulardan biri olan Anderson Luis de Karvalho Nene özünə yeni klub tapıb. Apasport.az saytının “Globo-Esporte”yə istinad məlumatına görə, bir müddət öncə “qara-qartallar”ın təklifini rədd edən və daha sonra vətəninə qayıdacağını açıqlayan braziliyalı yarımmüdafiəçi Qətər təmsilçisi “Əl-Qarafa” ilə anlaşıb.

2.5 il Asya klubunda çıxış edəcək Nene ilinə 4.5 milyon avro alacaq. Lakin bu transfer tam reallaşmayıb.

Belə ki, “Əl-Qarafa” PSJ ilə hələ razılığa gəlməyib. Əgər tərəflər arasında razılıq müsbət nəticələnərsə, Nene ikinci dövrədən etibarən Qətər klubunun heyətində çıxış edəcək.