Yığmamız yunanlara yenildi, 11-ci yer uğrundakı rəqibini gözləyir - YENİLƏNİB
12.01.2013 - 18:23
Yığmamız yunanlara yenildi, 11-ci yer uğrundakı rəqibini gözləyir - YENİLƏNİB
Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunan XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri 9-12-ci yerlər uğrunda oyunda Yunanıstan ilə üz-üzə gəlib.

Saat 16:30-da Peterburqski İdman-Konsert Kompleksində keçiriləcən qarşılaşmada bir qol vurulub. Həmin qolu Ellada təmsilçisi aktivinə yazıb. Bununla da, yığmamız sabah saat 16:30-da 11-ci yer uğrunda oyuna çıxacaq. Komandamızın rəqibi bu gün 19:00-da başlayacaq Türkiyə - Belarus oyununda məğlub olan tərəf olacaq.


AZƏRBAYCAN – Yunanıstan - 0:1
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi