Hava “Qarabağ”ı məşq etməyə qoymadı
12.01.2013 - 15:11
Hava “Qarabağ”ı məşq etməyə qoymadı
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, hazırlığın 3-cü günündə proqramda 2 məşq var idi.

Amma dünən axşamdan etibarən hava şəraitinin kəskin dəyişməsi “Qarabağ”ın saat 11:00-a təyin olunmuş məşqin təyinatının dəyişməsinə səbəb olub. Yağan leysan Ağdam klubunu fitnes salonuna yollanmağa məcbur edib.

Trenajor zalında 90 dəqiqə çalışan komanda daha sonra istirahətə çəkilib. Qurban Qurbanovun 2-ci məşqi 17:00-a təyin olunub. Amma hava şəraitinə görə məşqin baş tutub-tutmayacağı məlum deyil.