“Rəvan”ı “Osasuna”ya bənzədərdim”
12.01.2013 - 15:40
“Qarabağ”da oyun praktikası sarıdan əziyyət çəkirdim. Daim oynamaq istədiyimdən dəyişikliyə ehtiyac gördüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın yeni transferi Emin Mustafayev deyib.
“Qarabağ”dan transfer edilən, əsasən dayaq yarımmüdafiəçisi mövqeyində oynayan 23 yaşlı futbolçu “Rəvan”a keçidi haqda yeni klubun rəsmi saytına danışıb: “Mənimlə 3-4 klub maraqlanırdı, amma “Rəvan”a üstünlük verdim. Çünki klubun oyun tərzi çox xoşuma gəlir. Hətta “Rəvan”ı İspaniyanın “Osasuna” futbol klubuna da bənzədərdim. Daimi oyun təcrübəsi qazanmaqla əsas milliyə də dəvət alacağıma ümid edirəm. Aşağı yaş qruplarından ibarət komandaların demək olar ki, hamısında oynamışam. İndi də arzum əsas millidir. Məhz “Rəvan”dakı çıxışımla buna nail olmaq istəyirəm”.
Qeyd edək ki, Emin Mustafayev “Qarabağ”ın yetirməsi sayılır. Ötən il “Sumqayıt”da icarədə əsasında çıxış etmiş Emin həm də U-21-in şərəfini qoruyub. Emin “Rəvan”la 1,5 illik müqavilə bağlayıb.

0
0